www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Ötən il Azərbaycana gətirilən 179 cənazə barədə dövlət sərhəd-keçid məntəqələrindən 86 faks daxil olub ki, onlar arasında yoluxucu xəstəliklərlə xəstələnərək vəfat edən şəxs olmayıb”.

Bunu Respublika Sanitariya-Karantin Müfəttişliyinin Epidemiologiya şöbəsinin müdiri Yadulla Balışov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yoluxucu xəstəlikdən vəfat edən şəxslərin dəfni zamanı epidemioloji qaydalara əməl edilir, profilaktik tədbirlər həyata keçirilir: “Bu səbəbdən respublikaya gətirilən cənazələr daim nəzarətdə saxlanılır”.

Y. Balışov vurğulayıb ki, “Donuz qripi” xəstəliyinə görə, epidemioloji vəziyyəti gərgin olan dövlətlərdən gələn şəxslər arasında aşkar edilən şübhəlilər və temperaturlular barədə hesabat dövründə 19 telefonoqram vasitəsilə 24 nəfər hərarətli şəxs barədə məlumat verilib”.

Şöbə müdiri qeyd edib ki, ərazi tibb müəssisələri tərəfindən aparılan müayinələr nəticəsində “donuz qripi” xəstəliyi qeydə alınmayıb: “Keçən ilin iyun ayının 28-də isə bir nəfər AİDS-lə yoluxmuş xəstə barədə məlumat daxil olub və müvafiq tədbirlərin görülməsi üçün vaxtında AİDS-lə mübarizə mərkəzinə məlumat verilib”.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."