Azərbaycana gətirilən avtomobillər hansı ölkələrdə yığılır?

Müəllif: Redaktor

Editor

1449575935_1449570390589126342_554x360Dünyanın iri avtomobil şirkətləri bir sıra modellərini digər ölkələrdə istehsal edirlər. Söhbət avtomobillərin ehtiyat hissələrinin digər ölkələrə aparılıb orada yığılmasında gedir. Buna səbəb isə satış bazarı, həmin ölkələrdə əmək haqqının aşağı olması və daşıma xərclərini azaltmaqdır.

Araşdırmaya görə, Azərbaycana gətirilən bəzi avtomobillər də yerli zavodda deyil, digər ölkələrdə yığılır.

«Nissan» İngiltərə, ABŞ və hətta Hindistanda da buraxılır
Məsələn, Azərbaycana gətirilən «Ford», «Nissan», «İnfiniti» və «Reno» avtomobillərinin bəzi modelləri digər ölkələrdə yığılır. «Nurgün Motors» şirkətindən fins.az-a verilən məlumata görə, «Nissan» şirkətinin yalnız «X-trail» və «Patrol» modelləri Yaponiya istehsalıdır. «Nissan Juke» və «Nissan Qashqai» İngiltərədə, «Maxima», «Altima» və «Pathfinder» Amerikada istehsal edilir. Ölkəmizdə məşhur olan «mini» modellər – «Micra» və «Sunny» isə Hindistanda yığılır.

«Ford»lar Kanada, Almaniya, İspaniya və Türkiyədə yığılır
«Ford» Amerika şirkəti olsa da, Azərbaycana gətirilən «Ford» modellərindən yalnız «Explorer» Amerikada istehsal edir. «Edge» modeli qonşu Kanadada yığılır. Digər modellər isə Avropa ölkələrində yığılaraq müştərilərə çatdırılır. Məsələn, «Fiesta» və «Focus» Almaniyada, «Mondeo», «Kuga» isə İspaniyada yığılır. Yük avtomobili olan «Ford Transit» isə Türkiyədə buraxılır.

«Reno»lar Türkiyə və Rumıniyada buraxılır
«Reno» isə bəzi modellərini Türkiyə və Rumuniyaya etibar edib. Belə ki, «Reno Megane» Türkiyədə, «Logan», «Duster», «Sandero» isə Rumuniyada yığılır. Əsl fransız maşını sürmək istəyənlər «Fluence»ni seçəbilərlər. Yalnız bu model modeli Fransadakı zavodda istehsal edilir.

«Toyota»nin ən məşdur modeli Yaponiyada yığılmır
Azərbaycana gətirilən «Toyota» avtomobillərindən isə yalnız «Toyota Carolla» modeli Türkiyədə yığılır. Toyota Bakı Mərkəzindən fins.az-a verilən məlumata görə, buna səbəb isə bu modelə tələbatın həddən artıq yüksək olmasıdır. Belə ki, «Toyota Carolla» Azərbaycanla yanaşı, Avropa ölkələrinə və bütün dünyaya Türkiyədən göndərilir. Şirkətdə iddia edirlər ki, Türkiyə istehsalı olan «Carolla»lar keyfiyyətinə görə, Yaponiyada buraxılanlardan geri qalmır.


Ölkəmizdə satılan bəzi xarici avtomobillər isə qonşu Rusiyada buraxılır. «Hyundai» markasının «Accent» modeli şirkətin Rusiyadakı zavodunda yığılır. «Hyundai» avtomobillərinin ölkəmizə rəsmi idxalçısı olan «Auto Azerbaijan» şirkətindən fins.az-a bildirilib ki, bu avtomobil «Hyundai» avtomobilləri sırasında ən ucuz modeldir. Rusiyada yığımın əsas səbəbi buna görə əlavə daşıma xərclərinin azaldılmasıdır.

«Honda»nın hər modeli bir ölkədə yığılır
Digər yapon brendi «Honda»nın da xarici ölkələrdə zavodları var. Məsələn, «Honda Accord» Çində, «Honda City» Tailandda, «Honda Civic» isə Amerikada yığılır. Ölkəmizdə də məşhur lan CR-V modeli isə Yaponiyada yığılır.

«Mitsubishi» Tailanddan gəlir
Digər Yapon avtomobili «Mitsubishi»nin də modellərin bir qismi Yaponiya üzü görmür. Şirkətin «L 200», «Mirage» və «Attrage» modelləri Tailandda yığılır.

«Chevrolet»lər Cənubi Koreya, Rusiya və Özbəkistanda yığılır
Modellərinin digər ölkələrdə yığılmasına üstünlük verən avtomobil brendlərindən də biri «Chevrolet»dir. Amerika avtomobil sənayesinin simvollarından olan «Chevrolet»in bəzi modellərinin Amerikada yığılmadığını əslində alıcılar çoxdan hiss edib. Belə ki, şirkətin avtomobillərindən «Aveo», «Cruz», «Captiva», «Orlando», «Trax» modelləri Cənubi Koreyada, «Honey» modeli Özbəkistanda, «Chevrolet Niva» modelləri isə Rusiyada yığılır.

Çində buraxılan «alman xalq avtomobili»
«Volksvagen» şirkətinin isə Amerika, Çin, Avropa və digər ölkələrdə zavodları var. «Volkswagen Azərbaycan» şirkətindən fins.az-a verilən məlumata görə, Azərbaycana gətirilən modellərdən yalnız ikisi Almaniyada deyil, başqa ölkələrdə buraxılır. Məsələn, «Polo Sedan» Rusiyada, «Jetta» isə Meksikada yığılır. Şirkətdən iddia edirlər ki, brendin digər ölkələrdə istehsal edilməsi onun kefiyyətinə təsir etmir. Həmin ölkələrdə də şirkətin öz işçiləri çalışır və ehtiyat hissələri Almaniyadan gətirilir.

Bu markalar yalnız şirkətin yerli zavodunda istehsal edilir
İqtisadi amillərlə bağlı bəzi avtomobil brendləri xarici ölkələrdə zavodlarını açsalar da, bəziləri yalnız yerli zavodda istehsalla kifayətlənir. «İmprotex Motors» şirkətindən fins.az-a bildirilib ki, « BMW» avtomobilləri yalnız Almaniyada, «Rolls-Royce» və «MINI»avtomobilləri isə İngiltərədə istehsal edilir.

«Mazda» və «Subaru» yalnız Yaponiyadan gəlir
«Öz ölkələri»ndə istehsal olunan avtomobillər arasında yapon avtomobilləri «Mazda» və «Subaru» da var. Bu şirkətlərin bütün modelləri Yaponiyadan gətirilir.

Əsl Koreya avtomobili – «KİA»
Azərbaycanda daha çox satılan «KİA»lar da yerli istehsala üstünlük verir. Belə ki, «KİA Azərbaycan» şirkətindən fins.az-a bildirilib ki, Azərbaycana gətirilən bütün modellər yalnız Cənubi Koreyada istehsal edilir.

 


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir