!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana nifrət ateisti "islamçı"ya çevirdi

!Reklam – Yazi

Ölkəmizdə keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlərdən öncə Azərbaycan əleyhinə təbliğata start verilir. Bu təbliğatı aparanların da əsas hədəfi beynəlxalq qurumlarda Azərbaycanı ləkələmək, diqqəti vacib məqsədlərdən yayındırmaq və səsvermə hüququndan məhrum etməyə yönəlib. Uzun müddətlik sakitlikdən sonra anti-Azərbaycan “təbliğatçı”ları niyə indi hərəkətə keçiblər?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan İnsan hüquqları məsələləri üzrə Birgə İşçi Qrupun katibi, hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, Azərbaycan əleyhinə şəbəkələr var və adətən, onlara siqnal veriləndə anti-Azərbaycan çıxışları başlayır. Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başlayır və bu ərəfədə də qeyd etdiyim qruplar fəallaşıb:

“Ötən il Ermənistan bəyan etmişdi ki, Azərbaycanın beynəlxalq təşkilatlarda üzvlüyünə xitam verilməsinə nail olmaq və bu, mümkün olmasa, statusun azaldılmasına çalışmaq lazımdır. Yaxud da nüfuzdan salınması istiqamətində kampaniya aparır ki, Azərbaycan beynəlxalq institutlardan Ermənistana qarşı istifadə edə bilməsin. Misal üçün, bu məlum şəbəkənin “səyi” ilə “Açıq Hökumət Təşəbbüsü”ndə və “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü”ndə Azərbaycanın statusu de-aktiv olundu. Hazırda BMT və paralel olaraq, Avropa İttifaqı və Avropa Şurasında bu proseslər gedir. Əlbəttə, ola bilsin ki, hansısa məhbusun azad olunması məsələsi vacibdir. Məsələn, 5-6 nəfərin adını çəkə bilərəm ki, onların azadlığa çıxması daha yaxşı olardı . Amma bu həmin məhbusları müdafiə yox, istifadə kampaniyasıdır. Belə deyək, bunun insan hüquqlarının müdafiəsinə dəxli yoxdur”.

S.Məmmədov bildirib ki, problemli məhbuslarla bağlı məsələdə peşəkar yanaşma var idi:

“Bu işlə professionallar məşğul olurdu və onların qənaətinə görə, hansısa şəxslər siyasi motivli həbs olunmuş şəxslər elan olunurdu və bu zaman onlarla bağlı faktların hər biri ciddi yoxlanılırdı. Amma sonradan bu, biznesə çevrildi. İndi bu ödənişli bir fəaliyyətdir. Görürsünüzmü, vahid bir siyahı yoxdur. Hərə bir siyahı tutub, kimsə bunu şərikli edir. Bir-biri ilə dil tapa və ya pulu bölə bilməyənlər ayrı-ayrı siyahılar tərtib edir. Bu siyahılarda gah 100, 160, gah da 200 nəfərin adı qeyd edilib. Belə siyahı sahibləri də qeyri-peşəkar və naşı adamlardır. Sadəcə, bunlar kiməsə lazımdır. Deyək ki, Ermənistan tərəfinə lazımdır ki, Azərbaycanın adını bədnam eləsinlər. Məsələn, dünən Lüksemburq parlamentində Leyla və Aruf Yunuslar çıxış edib və 166 nəfərlik bir siyahı olduğunu deyiblər. Başqa bir ölkələrdə, beynəlxalq institutlarda bu rıçaqlardan istifadə olunur və hiss olunur ki, məqsəd kimi isə müdafiə etmək deyil. Misal üçün, Leyla Yunus ateistdir, amma indi dindarları müdafiə etməyə başlayıb. Səmimi deyil də. Yəni, bu məsələ əndazədən çıxıb. Demirəm ki, məhkum məsələləri müzakirə olunmasın və ya kimisə azad etməsinlər. Eləcə də, klassik hüquq müdafiəçilərinin də heç biri belə demir. Sadəcə, bu məsələdə peşəkar yanaşma lazımdır. Şişirdilmiş rəqəmlərlə onlarla siyahının ortada olması ona gətirib çıxarır ki, hökumətin bu məsələ ilə bağlı kiminləsə söhbət etmək imkanı belə yoxdur. Çünki hər kəsin əlində bir siyahı var. Ona görə də, bunların hamısı insan hüquqlarının müdafiəsinə yönəlməyib”.

 

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

650
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv