Yazı İçi 468×60

aa3e0d074ed657787bdd89ba0654e62bAzərbaycandan sığınacaq istəyən Ermənistan “Milli Azadlıq Hərəkatı”nın rəhbəri Vaan Martirosyanın anasını maşın vurub.

Cülyetta Virabyan İrəvanda yolu keçmək istəyərkən vurulub.

Bud sümüyünün sınığı ilə “Erebuni” xəstəxanasına yerləşdirilən qadın hazırda palatadadır.

Müayinədən sonra əməliyyata ehtiyac olub-olmaması məlum olacaq.

Qeyd edək ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə bu ilin sentyabrında Ermənistandan qaçaraq, Azərbaycana gəlib(APA).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."