!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana qanunsuz yolla siqaret gətirmək istədilər

!Reklam – Yazi

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Vaz 21063” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən  verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və salonundan gömrük nəzarətindən gizlədilən, Azərbaycanın aksiz markası ilə markalanmayan 5600 ədəd “Golden gate” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Yeniçağ.Az

www.yenicag.az

744
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv