www.sinerjipro.net

SinerjiProWide

Azərbaycana qar yağıb - Fotolar

Reklam

Qubanın bəzi yaşayış məntəqələrinə də qar yağıb.

Rayonun Xınalıq kəndinə 4 sm, Qırıza 4 sm, Rükə 3 sm, Xaltana isə 1 sm qar yağıb.

Qusarın Ləzə kəndi ərazisində isə qarın hündürlüyü 4 sm-dir. Bəzi ərazilərdə temperatur mənfi 5 dərəcəyə enib.

Qeyri-sabit hava şəraiti aprel ayının 4-dək davam edəcək.

***
Lerikə qar yağmağa başlayıb.

Ötən gün yağan sulu qar qara çevrilib.

Qarlı hava şəraiti davam edir. Lənkəran Regional Hidrometeorologiya Müəssisəsinin direktoru Cavid Hüseynovun APA-ya verdiyi məlumata görə, Lerik rayon mərkəzinə 5-6 sm, yüksək dağlıq ərazilərə isə 10 sm qar düşüb.

Belə hava şəraiti davam edərsə, aprel ayının ilk günlərində qarın yağması xarakterik olmadığı üçün ağacların çiçək açdığı dövrdə şaxtalı hava məhsuldarlığı aşağı salacaq. Hidrometeoroloqlar qeyri-sabit hava şəraiti hələ bir neçə gün davam edəcəyini bildirirlər. Bundan başqa, Yardımlı və Astara rayonlarında da yüksək dağlıq ərazilərdə qar müşahidə olunur.(APA)

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."