yenicag.az
yenicag.az

Azərbaycana qar yağır

Azərbaycana qar yağır

Müəllif: Redaktor

Editor

238727Noyabrın 18-i səhər saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsinin rayonlarına qar yağır.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən  bildiriblər ki, qar əsasən Quba, Qusar və Xızı rayonları ərazisində müşahidə olunur. Maraqlısı odur ki, qar həmişəkindən fərqli olaraq dağlıq yaşayış məntəqələrində deyil, dağətəyi ərazilərdə yağmağa başlayıb. Hazırda Qubanın Qonaqkənd, Xızının Altıağac kimi yaşayış məntəqələrində 2 santimetrə qədər qar yağıb. Amma dəniz səviyyəsindən 2 min metrdən çox yüksəklikdə yerləşən Xınalıq kəndində nəinki qar, ümumiyyətlə, yağıntı müşahidə olunmur.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, noyabrın 17-si axşam saatlarından başlayaraq şimal bölgəsində temperaturun aşağı düşməsi müşahidə edilir. Müəssisənin mütəxəssislərinin sözlərinə görə, bu cür hava şəraiti noyabr ayında şimal bölgəsi üçün xarakterikdir(Azərtac).

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti