www.sinerjipro.net

SinerjiProWide
Reklam

botlar tvitterArif Yunus həbsdən ev dustaqlığına buraxılan kimi onun müdafiəçiləri “Tvitter” sosial şəbəkəsində “bot”larını işə salaraq, Azərbaycana qarşı kampaniyaya başlayıblar.

Vəziyyətin qeyri-adiliyi ondadır ki, indiyə qədər bu qədər botun eyni zamanda işə salındığı görünməmişdi. Yüzdən çox saxta hesabın hamısı eyni sözləri yazaraq, news.yahoo.com saytından “Reuters” agentliyinin Arif Yunusun həbsdən buraxılması ilə bağlı xəbəri paylaşıblar.

Bütün tvitlər #Azerbaijan haştaqı ilə paylaşılıb. Burada məqsəd fürsətdən istifadə edərək, həmin haştaqı Azərbaycan əleyhinə mənfi yüklü xəbərlə doldurmadır. Botları idarə edən mərkəz istəmir ki, Arif Yunusun həbsdən azad edilməsi müsbət hadisə kimi təqdim olunsun və görünsün. Bu humanist addımı da Azərbaycanın əleyhinə çevirməyə çalışırlar.

Botların `Tvitter`də yaratdığı vəziyyəti burada görə bilərsiniz.

Əlbəttə, bu botların konkret kim tərəfindən idarə olunduğunu demək çətindir. Lakin aydındır ki, Arif Yunus təcridxanada olanda bu faktdan istifadə edərək, Azərbaycanı pisləməyə çalışanlar kimlər idisə, onun buraxılmasından faydalanaraq, yenə Azərbaycanı pisləməyə çalışan da eyni şəxslərdir(Azvision)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 26
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."