!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycana qarşı ədalətsizlik aradan qaldırılmalıdır” – Türkiyəli nazir

!Reklam – Yazi

“Azərbaycanla Türkiyənin həyata keçirtdiyi birgə layihələr hər iki ölkə üçün çox faydalı olacaq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri azərbaycanlı jurnalistlərlə söhbətində Türkiyə baş nazirinin müavini Bekir Bozdağ səsləndirib:

“Ortaq maraqlarımız və Türkiyə-Azərbaycan münasibətlərinin gələcəkdə də güclü olması bütün mümkün çətinlikləri dəf etməyə imkan verəcək.

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan təcrübəli dövlət xadimləri olaraq, ölkələrimizi daha da irəli aparacaqlar.
İnanıram ki, Azərbaycanla Türkiyənin həyata keçirtdiyi birgə layihələr hər iki ölkə üçün çox faydalı olacaq.
Bu sırada Bakı-Tiflis-Ceyhan, TANAP və adlarını çəkmədiyim digər layihələri qeyd etmək istərdim. Həmin layihələr qurulmuş əməkdaşlığı, mövcud əlaqələri daha da gücləndirəcək”.

Türkiyəli nazir Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəklədiklərini bir daha bəyan edərək, ədalətsizliyin tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıb:

“Biz hər zaman doğru və haqlı olanın yanındayıq. Bu məsələdə doğru və haqlı olan Azərbaycan dövlətidir.
Azərbaycan haqsızlıqla üzləşib və bu halın aradan qaldırılması lazımdır. Biz haqqın öz yerini tutmasını, ədalətin tezliklə bərqərar olmasını istəyirik”.

Yenicag.az

www.yenicag.az

1147
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv