Azərbaycana qarşı terror təhlükəsi…

Müəllif: Redaktor

Editor

скачанные файлы (1)“Terrordan heç bir dövlət sığortalanmayıb. Terror dövlətin böyüklüyü, kiçikliyi, güclü və ya zəifliyinə baxmır. Olur, ya olmur. Terror üçün ölkəmizdə də zəmin var”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirdi: “Dünyanın ən qüdrətli dövlətləri, ABŞ, Rusiya, Çin, Avropa ölkələri bundan sığortalana bilməyib. Bu ərazilərdə də tez-tez terror olaylarının baş verdiyini müşahidə edirik. Dövlətlər terroru yaradan səbəblərlə mübarizə aparmaq əvəzinə, onun nəticələrilə mübarizə aparırlar. Terroru doğuran səbəblər isə ədalətsizlik, insanların, millətlərin haqqı tapa bilməməsidir. Bütün dünyada terrorun aradan qaldırılmasını istəyirlərsə, zəhmət çəkib İsraili məcbur etməlidirlər ki, Fələstin xalqının qanuni hüquqlarına hörmət etsin, işğal etdiyi torpaqları qaytarsınlar. Bu bəladan xilas olmaq istəyirsə, Qərb xalqını əzən müstəbidləri dəstəkləməkdən qaçmalı, transmilli şirkətlərin tamahını cilovlamalı, böyük və kiçik dövlətlər eyni hüquqa malik olmalıdırlar. Səbəbləri aradan qaldırmaq böyük dövlətlərə sərf etmədiyindən ona görə də ancaq nəticələrlə mübarizə aparırlar. Azərbaycanda isə hökumət xalqı qorxudur, onun Konstitusion hüquqlarını, azad düşünmək hüququnu əlindən alır, mətbuat, ifadə azadlığını boğur, şəxsi mülkiyyətin toxunulmazlığı prinsipini pozur. Ona görə də əvvəl-axır bu çarəsizlikdən hansısa bir qeyri-qanuni zorakılığa gətirib çıxarır. Azərbaycan məhkəmələrində kimsə ədalət tapmır. Odur ki, heç kəs ədalət və məhkəmə sisteminə inanmır. Terror üçün ölkəmizdə də zəmin var. Müəyyən mərhələyə qədər insanlar intihar edəcək, özlərini yandıracaqlar, bundan sonra isə başlayacaqlar vurmağa, öldürməyə”.

ELÇİN


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir