Azərbaycana qış gəldi

Müəllif: Redaktor

Editor

qisgeldiBu gün saat 14:44:12-də Azərbaycana qış daxil olub.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun Trend-ə verdiyi məlumata görə, qışın daxil olma vaxtının müəyyənləşdirilməsi Yerin Günəş ətrafındakı hərəkəti ilə bağlıdır: “Qışın daxil olma tarixi hər il fərqlənir. Elə illər olub ki, qış Azərbaycana dekabrın 22-də daxil olub. Fevralın 28 və 29 gündən ibarət olması da buna təsir edir”.

Qeyd edək ki, ötən gecə Azərbaycanda ilin ən uzun gecəsi qeydə alınıb. Belə ki, gecənin uzunluğu 14 saat 43 dəqiqə olub. Bu gecənin uzunluğu əvvəlki gecənin uzunluğundan 1 dəqiqə fərqlənib.

X.Mikayılov əlavə edib ki, dekabrın 21-26-da gecə və gündüzün uzunluğu sabit qalacaq. Dekabrın 27-dən başlayaraq isə 1 dəqiqə fərqlə gecələr qısalacaq, gündüzlər isə uzanacaq.

 

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır