!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana turist göndərən xarici şirkətlərə qarşı proteksionizm təklif edilir

!Reklam – Yazi

Azərbaycandakı hotellərlə birbaşa razılaşma əsasında ölkəmizə turist göndərən xarici şirkətlərə qarşı proteksionizm siyasətinin yürüdülməsi təklif edilir.

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə bildirib ki, gələn turistlərlə bağlı bir çox problemlər müşahidə edilir.

Onun sözlərinə görə, Azərbaycan hotelləri yerli turizm şirkətləri ilə müqayisədə xarici şirkətlərə (onlara göndərilən turist sayına görə) öz otaq yerlərini çox ucuz qiymətə təklif edirlər: “Azərbaycanın turizm şirkətləri hotellərdən ucuz qiymətə yer ala bilmirlər. Onda da belə çıxır ki, onlar xarici şirkətlərlə rəqabətdə uduzurlar.

Qonşu ölkələrdə belə bir təcrübənin olmadığını deyən M.Ağakərimov bildirib ki, Gürcüstan və Türkiyədəki hotellər əksinə öz otaq yerlərini yerli turizm şirkətlərinə ən ucuz qiymətə verirlər. M.Ağakərimov hesab edir ki, Azərbaycanda bu məsələdə hotellər tərəfindən ayrı-seçkiliyin qoyulması bir çox problemlər yaradır: “Bu problemlərin həll edilməsi üçün isə proteksionizm – daxili bazarı xarici rəqabətdən qorumaq üçün siyasət olmalıdır. Milli iqtisadiyyatı qorumaq üçün elə bir siyasət həyata keçirilməlidir ki, Azərbaycanın özünün də turizm şirkətləri inkşaf etsin. Çünki xarici turizm şirkətlərinin əldə etdikləri gəlir onların öz ölkəsinə fayda verir. Bizim şirkətlərin əldə etdikləri gəlir isə bizim iqtisadiyyatımıza xeyir verir. Ona görə də bu məsələyə diqqət yetirilməlidir”.

M.Ağakərimov qeyd edib ki, bütün bunların nəticəsi olaraq, Azərbaycana səfərlər üçün xarici şirkətlərin təqdim etdiyi paketlərin qiymətləri Azərbaycan şirkətlərinin təqdim etdiyi paketlərin qiymətlərindən ucuz olur.

AzTA rəsmisi hesab edir ki, Azərbaycan hotelləri yerli turizm şirkətlərinin marağını müdafiə etməlidirlər: “Əgər hotel yerləri Azərbaycanın turizm şirkətlərinə ucuz verilərsə, onda xarici turistlər də bizim özümüzün turizm şirkətlərindən turpaket almağa məcbur olacaqlar.

M.Ağakərimov hazırda bu problemləri araşdırdıqlarını və ona qiymət verəcəklərini də deyib.

Yeniçağ.Az

www.yenicag.az

721
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv