www.sinerjipro.net

SinerjiProWide
Reklam

96602“Yaxın vaxtlarda Gəncəyə Fransa istehsalı olan yeni elektrovozlar gətiriləcək.”

Yenicag.az-ın AZƏRTAC-a istinadla verdiyi məlumata görə, bu sözləri Gəncə Lokomotiv Deposunun rəisi Əsgər Şirinov deyib.

Depo rəisi bildirib ki, hazırda Gəncə deposunda 10 ədəd V-8, 5 ədəd V-11, 9 ədəd V-10 tipli teplovoz var.

“Teplovozların hamısı demək olar ki, istismar müddətini başa çatdırıb. Gəncə deposunu müasir elektrovozlarla təmin etmək məqsədilə Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə Fransa şirkəti arasında ilkin razılaşma əldə edilib. Həmin razılaşmaya əsasən yaxın vaxtlarda Gəncəyə Fransa istehsalı olan yeni elektrovozlar gətiriləcək”.

Ümumiyətlə, Gəncə Lokomotiv Deposunda mövcud olan elektrovoz və teplovozların əksəriyyəti keçən əsrin 60-cı illərindən qalıb və istismar müddəti bir neçə dəfə başa çatıb. 2013 ildə isə Gəncə Lokomotiv Deposuna Rusiya istehsalı olan 14 “Vlon” markalı lokomotiv verilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 28
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."