Azərbaycanda 2,5 milyon nəfərin kredit borcu var

Azərbaycanda 2,5 milyon nəfərin kredit borcu var

Müəllif: Redaktor

Baş Redaktor

108782_res_01Azərbaycanda 2 milyon 472 min 302 nəfər kredit götürüb.

Bu barədə Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin 2015-ci il avqustun 1-nə olan büllitenində məlumat verilir.

Məlumatda qeyd olunur ki, onların böyük bir hissəsi 2 milyon 438 min 268 nəfəri fiziki şəxslər, daha sadə şəkildə desək istehlakçılardır.

Bundan əlavə, 11 083 hüquqi şəxslər, 22 min 951 nəfəri isə sahibkarlıq subyektidir. Zamin şəxslərin sayı isə son bir ayda 15 min 823 nəfər artaraq, 1 milyon 157 min 351 nəfərə çatıb.

Büllitendə o da qeyd olunub ki, 2015-ci ilin fevralın 1-nə borcalanların sayı 2 milyon 342 min 233 nəfər, martın 1-nə 2 milyon 366 min 967 nəfər, aprelin 1-nə 2 milyon 389 min 292 nəfər, mayın 1-nə isə 2 milyon 414 min 122 nəfər, iyunun 1-nə isə 2 milyon 434 min 759 nəfər olub(azvision).

İqtisadiyyat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti