Azərbaycanda 3 bank birləşir – Adlar+Yenilənib

Müəllif: Redaktor

Editor

bank_albom_260915Azərbaycanda daha 3 kommersiya bankının konsolidasiyası ilə bağlı ilkin razılıq əldə edilib.

Ötən gün Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 1-də lisenziyası bərpa edilən “NBC Bank” ASC artıq bu ilin aprel ayında “Parabank” ASC və “Dekabank” ASC ilə birləşməyi planlaşdırır və hər üç tərəf bununla bağlı razılığını bildirib.

Mənbə bankların hansı ad altında birləşəcəyinin hələlik bəlli olmadığını və bu mövzu ətrafında danışıqlar getdiyini açıqlayıb.

“Parabank”dan adıçəkilən məsələ ilə bağlı məlumatsız olduqlarını, “Dekabank”dan isə bu məlumatın səhv olduğunu bildiriblər.

“NBC Bank”dan isə bildirilib ki, onlar bir neçə bankla konsolidasiyaya dair niyyət protokolu imzalayıblar, lakin bunun hansı banklarla baş verəcəyi ilə bağlı məlumat verilməyib.(report)

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əslində ölkədə üç bankın birləşməsi real görünsə də, sözügedən siyahıda “Dekabank”ın deyil, “Kredobank”ın olduğu bildirilir: “Bu bankların birləşmə ilə bağlı sövdələşməsində üçüncü tərəf kimi “Dekabank” deyil, “Kredobank” ASC iştirak etmək niyyətindədir”.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir