www.sinerjipro.net

SinerjiProWide
Reklam

Şamaxı rayonunda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə bu gün səhər saat 9:30 radələrində Bakı-Şamaxı avtomobil yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində İki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər- Bakı şəhər sakini, 46 yaşlı Cəbiyev Elman, onun 18 yaşlı qızı Hüseynova Nigar və 41 yaşlı Soltiyev Teymur ölüb.

Bakı Sakini 44 yaşlı Gülnarə Hüseynova, Ağsu rayon sakinləri 52 yaşlı İlqar İbrahimov, 44 yaşlı Elşən Babayev və 39 yaşlı Cavid Babayev ağır bədən xəsarətləri alaraq Şamaxı Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5497
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."