www.sinerjipro.net

SinerjiProWide
Reklam

106119_res_01Bərdə, Ağdam, Tərtər, Ağcabədi rayonlarına internetin verilməsi dayandırılıb.

Bu gün saat 09:00-dan sonra adıçəkilən rayonların sakinləri internetdən istifadə edə bilmirlər.

Qeyd edək ki, bu rayonları internetlə “Delta Telekom” şirkəti təmin edir.

Sakinlərə bildirilib ki, problem paytaxtdan internetin ötürülməməsi bağlıdır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi, nazirin müşaviri Müşfiq Əmirov bu məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, bu rayonlara internetin bərpası istiqamətində iş gedir. “Eyni zamanda, problemin hansı səbəbdən qaynaqlandığı araşdırılır. 1-1,5 saata problem həllini tapacaq, bu rayonlara internetin verilməsi bərpa olunacaq”, – deyə M.Əmirov vurğulayıb (APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 27
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."