Azərbaycanda 6 bal gücündə zəlzələ olub

Azərbaycanda 6 bal gücündə zəlzələ olub

Müəllif: Redaktor

Baş Redaktor

dbdc28e0fa3d3b044e74822eb0e85a8cAzərbaycan ərazisində zəlzələ olub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ bu gün saat 09.49-da Şəki arazisində qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində 4 bala qədər hiss olunub.

Zəlzələnin dərinliyi 13 km olub.

***

Bu gün səhər saatlarında Azərbaycan ərazisində güclü zəlzələ olub.

Saat 09.51 radələrində Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Şəki, Qəbələ, İsmayıllı, Tovuz, Salyan, Sabirabad rayonlarında, Şirvan və Mingəçevir şəhərlərində qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya zəlzələnin baş verdiyi təsdiqlənib.

Qeyd edək ki, həmin saatlarda Gürcüstan ərazisində də zəlzələ baş verib. Hələlik zəlzələnin episentri məlum deyil(APA).

Kriminal, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti