Azərbaycanda 6 nəfərə Rihanna adı qoyulub

Müəllif: Redaktor

Editor

rihanaadiAzərbaycanda doğulan körpələrə əcnəbi ad qoyanların sayı artır.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, əcnəbi adlar daha çox qız uşaqlarına verilir.

Beləliklə, son beş ildə 157 qız uşağına Diana adı verilib, 55 körpəyə Sabrina, 34-nə Selena, 22-nə Sveta adı qoyulub.

Bunda başqa, son beş ildə qoyulan əcnəbi adlar arasında İzel (8), Karolina (5), İzabel (3) İzabella (14), Lidiya (2), Lusiya (1), Liza (13), Rihanna (6), Luiza (8), Culiya (2), Selenay (2) Serenay (3), Janna (1), Tina (1), Aleksa (1), Kameliya (4), Marqarita (3) kimi adlar da yer alıb.

Oğlan uşaqlarına qoyulan əcnəbi adlar arasında Raul adı üstünlük təşkil edir. Belə ki, son beş ildə 1910, bu il isə 331 körpəyə bu ad verilib. (Report)

 


Загрузка...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır