yenicag.az

Azərbaycanda 78,2 min ton pambıq istehsal olunub

Azərbaycanda 78,2 min ton pambıq istehsal olunub

Müəllif: Redaktor

Editor

pambiqAzərbaycanda kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir.

Dövlət Statistika Komitəsindən “Yeniçağ.az”a verilən məlumata görə, noyabr ayının 28-nə sahələrdən 78,2 min ton (keçən ildəkindən 43,9 min ton çox) pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verib.

Məlumata görə, dekabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilərin 997,3 min hektar əkin sahəsindən 3060,1 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 63,4 min ton çox məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil edib.

Məhsul yığımı başlanandan dekabr ayının 1-dək sahələrdən 880,2 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 48,7 min ton çox kartof, 1235,4 min ton (21,3 min ton az) tərəvəz, 464,5 min ton (20,0 min ton az) bostan məhsulları, 876,2 min ton (4,4 min ton az) meyvə və giləmeyvə, 134,4 min ton (18,4 min ton az) üzüm, 1002,1 ton (426,2 ton çox) yaşıl çay yarpağı, 283,5 min ton (114,6 min ton çox) şəkər çuğunduru, 17,1 min ton (1,7 min ton az) dən üçün günəbaxan, 3594,0 ton (127,9 ton çox) tütün yarpağı yığılıb.

İqtisadiyyat şöbəsi
Yenicağ.Az

İqtisadiyyat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti