Yazı İçi 468×60

150163_srcCəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-n APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 125-ci kilometrliyində qeydə alınıb. Cəlilabad rayonunun Musalı kənd sakini Zaur Babayevin idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili Bakı şəhər sakini Xanağa Nəzərovun idarə etdiyi minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 21015”in sərnişini Fariz Rəsulov hadisə yerində dünyasını dəyişib. Hər iki avtomobilin sürücüləri də daxil olmaqla, sərnişinləri Məhəmməd Məmmədov, Dilbər Əbilova və Telman Əbilov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların hamısına müvafiq tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 22
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."