www.sinerjipro.net

SinerjiProWide
Reklam

Gənc aktrisa, bir çox yerli serialların baş qəhrəmanı Cəmilə Tağızadə kriminal filmlərdən qorxsa da, çəkildiyi filmlərdə qorxunc hadisələrdən qaça bilməyib.

Yeniçağ.az-a açıqlama verən aktrisa filmin çəkilişindən sonra aldığı mənəvi və fiziki zərbədən müalicə olunduğunu da gizlətməyib.

““Cehizsiz gəlinlər”də canlandırdığım Hicranın seriala gəlişi möhtəşəm olduğu kimi, gedişi də möhtəşəm oldu. Çünki serialın əvvəlində özünü asırdı, axırda da doğuş zamanı öldü. Bu hadisə mənə çox pis təsir etdi. Məni diri-diri də basdırmışdılar. O çəkilişlər çox ağır şəraitdə baş tutdu. Həm psixoloji, həm də fiziki olaraq problemlər yaşadım. Təsəvvür edin, məni basdırmaq üçün qəbir qazdılar, özü də həmin gün dizə kimi qar yağmışdı. Məni belimə kimi basdırdılar. Bir müddət psixoloji və fiziki sarsıntıdan çıxa bilmirdim. Elə bil əlim-ayağım tutulmuşdu. Hətta buna görə həkimə də düşdüm. Hazırda müalicə alıram”.
Cəvahir Səlimqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 81
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.