Azərbaycanda alternativ enerji istehsalına 1 milyard manatdan çox investisiya qoyulacaq

Müəllif: Redaktor

Editor

enerjiAzərbaycanda yaxın 4 il ərzində mövcud enerji istehsalı gücünün 1900 MVt artırılması nəzərdə tutulur.

Yeniçağ.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunub.

Sənədə əsasən yeni enerji istehsalı müəssisələrinin tikintisinə həm dövlət, həm özəl sector cəlb olunacaq. Bu zaman özəl sektor prosesə “Tik-İdarə et-Təhvil ver” prinsipi ilə cəlb ediləcək. Xəritədə mövcud istehsal gücündəki artımın1500 MVt-I istilik və su elektrik stansiyalarının hesabına əldə olunacaq ki, buna da 1 milyard 950 milyon manat investisiya lazım gələcək.

Hökumət 2020-ci ilədək daha 350 MVt enerjini külək, 50 MVt günəşdən, 20 MVt isə biokütlələrdən əldə etmək niyyətindədir. Bioenerji üçün xammal bazası kimi isə pambıq, taxıl və digər məhsulların tullantıları nəzərdə tutulur:

“Ölkə ərazisində kənd təsərrüfatı sahəsinin, xüsusən pambıqçılıq və taxılçılıq təsərrüfatlarının inkişafı biokütlədən istifadə etməklə enerji istehsalına investisiya qoyuluşu üçün əlverişli şərait yaradır. Belə ki, respublikamızda cari il ərzində 52 min hektar ərazidən tədarük ediləcək 100 min ton pambığın gələn il 250-300 min tona çatdırılması, yeni taxıl əkin sahələrinin dövriyyəyə buraxılması bioenerji istehsalı üçün xammalın həcminin dəfələrlə artmasına səbəb olacaqdır.

2017-ci ildə pambıq istehsalının 300 min tona çatdırılması üçün hazırlıq işləri artıq başlamışdır ki, bu da təkcə pambıqçılıq sahəsində 700 min tona yaxın enerji istehsalına yararlı xammalın əmələ gələcəyini göstərir. Hazırda 24 rayonda pambıqçılığın və digər kənd təsərrüfatı sahələrinin inkişafı üçün görülən işlər Samux, Ağcabədi, Oğuz və s. kimi bir çox rayonlarımızda bioenerji potensialının və ondan istifadə imkanlarının geniş olduğunu deməyə imkan verir.

Araşdırmalar göstərir ki, bütün sənaye sahələrində istehsal tullantılarının tərkibinin çox hissəsi biokütlədən ibarətdir. Bu, elektrik enerjisi istehsalında istifadə oluna bilən bioqaz, həmçinin maye və bərk biokütlə istehsal etmək üçün səmərəlidir”.

Bu prioritet üzrə yeni elektrik stansiyalarının (külək, günəş enerjisi və bioenerji) tikintisinə təqribən 1 milyard 40 milyon manat həcmində investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır. Bu vəsaitin də dövlət və özəl sektordan əldə olunacağı nəzərdə tutulur.

Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır