yenicag.az
yenicag.az

Azərbaycanda ana beşəm DOĞDU – körpələr hamısı öldü

Azərbaycanda ana beşəm DOĞDU – körpələr hamısı öldü

Müəllif: Redaktor

Editor

351128841479374828Bu gün Respublika Perinatal Mərkəzində beşəm dünyaya gəlib. Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova APA-ya deyib ki, 1991-ci il təvəllüdlü Bakı şəhər sakini Əzimzadə Aysel bu gün səhər saat 7 radələrində 4 oğlan, 1 qız olmaqla beşəm dünyaya gətirib. Onun sözlərinə görə, bu ananın 2-ci hamiləliyi olub.

Şöbə müdiri qeyd edib ki, birinci hamiləlikdə uşaqlar əkiz olub, onlar inkişafdan qaldıqları üçün vaxtından əvvəl abort olunublar: “Ana 2-ci hamiləliyə dərmanlar vasitəsisə qalıb. Hamiləliyin 20-ci həftəsinə qədər ana 3 saylı şəhər xəstəxanasında həkim Həmzəyev Mehmanın xəstəsi olub. Hamiləlik boyunca ana hamiləliyin qorunması üçün müxtəlif dərmanlar qəbul edib. Vəziyyəti pisləşəndən sonra Aysel Əzimzadə noyabrın 11-də kəskin qanaxma ilə Mərkəzə daxil olub. Vəziyyəti kəskin ağır olan ananın qaraciyər və böyrək funksiyalarının stabilləşdirilməsi məqsədilə hospitallaşdırılıb və lazımi yardım göstərilib.

Səhiyyə Nazirliyi və Bakı şəhər Baş Səhiyyə İdarəsinin müxtəlif xəstəlilər üzrə baş mütəxəssisləri Mərkəzə dəvət edilərək konsilium təşkil edilib, ananın vəziyyətinin stabilləşməsinə istiqamətində iş görülüb. Bu gün səhər saat 7-də doğuş spontan-özbaşına fəaliyyətə başlayıb. Nəticədə çəkisi 200 qramdan 420 qrama qədər olan 5 uşaq doğulub. Lakin aparılan bütün tədbirlərə baxmayaraq, körpələrin hamısı ölü doğulub.

Son bir ayda ananın qaraciyər və böyrəyində kəskin surətdə baş verən pisləşmələr nəticəsində onun qanında müəyyən dəyişmələr var. Nəticədə uşaqlar 24-cü həftədə zəif inkişaf etmiş doğulublar, ananın böyrəyini və qaraciyərinin kəskin pisləşməsi hamiləliyə öz təsirini göstərib. Bundan sonra ananın sağlamlığının bərpa olunması istiqamətində bütün lazımi tədbirlər görüləcək”.

Kriminal, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti