Azərbaycanda ana doğuş zamanı ölüb

Müəllif: Redaktor

Editor

1685a74c8f69f854250adfe69a6611d1Azərbaycanda daha bir ana ölümü qeydə alınıb.

Hadisə ötən gecə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Perinatal Mərkəzində qeydə alınıb. Lənkəran rayonunun Şağlaser kənd sakini, 1997-ci il təvəllüdlü Sənayə Nazim qızı Ağayeva doğuşdan sonra dünyasını dəyişib. Bu ananın ilk doğuşu olub. Dünyaya gəlmiş körpənin isə sağ olduğu bildirilir.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Perinatal Mərkəzində ana ölümünün səbəbləri barədə hələlik hər hansı bir açıqlama verilmir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır