Ads by Google

hightechnic
Ads by Google

asuraAzərbaycanda Aşura mərasimləri zamanı müxtəlif tamaşalar qadağan olunacaq.

Bu fikir Milli Məclisin Hüquq siyasəti və dövlət qurucuğluğu komitəsi ilə İctimai birliklər və dini qurumlar komitəsinin dini ekstremizlə bağlı qanun layihələrinin müzakirəsi zamanı səslənirilib. İclasda çıxış edən Dini Qurumlarlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib ki, bu gün Azərbaycanda 2166 məscid var. Onun sözlərinə görə, hazırda 3 min Azərbaycan gənci xaricdə dini təhsil alır: “Azərbaycana qayıdandan sonra xaricdə dini təhsil almış gənclər o ölkələrin dini adət-ənələrini də təbliğ etməyə başlayırlar. Bu da cəmiyyətimizdə ciddi fikir ayrılığı yaradır. Yəni, tək aldıqları dini təhsili yox, həmin xarici ölkələrin dini adətlərini də təbliğ edirlər. Bu da qanundakı boşluqdan irəli gəlir. Buna baxmayaraq, xaricdə təhsil almaq azaddır ”.

Komitə sədrinin müavini onu da qeyd edib ki, məhz qanundakı boşluqlar nəticəsində müxtəlif dini tamaşalar göstərilir: “Məsələn, Aşura mərasimi Azərbaycanda islamın ümusmi prinsipləri ilə keçirilir. Buna baxmayaraq, məhz qanundakı boşluqlarla əlaqədar bu dini mərasim zamanı dini tamaşalar göstərilir. Buna yol verilməməlidir. Eyni zamanda, Aşura keçirilən yerlərə müxtəlif rəngli, qara və qırmızı rəngli bayraqlar gətirilir. Dini mərasimlərin keçirilməsi azad olsa da, bu mərasimlərdə müxtəlif atributlar olmamalıdır”.

G . İsmayılov Dövlət Komitəsinin təklifini də açıqlayıb: “Təklif edirik ki, yalnız din xadimlərinə dini mərasimlərə dini atributların gətirilməsinə icazə verilsin. Qanunda dini atributlarla bağlı qadağa tətbiq olunacaqsa, bu zaman din xadimləri istisna edilsin”.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, qanun layihəsində əsasən dini mərasimlər din xadimləri tərəfindən keçiriləcək. Eyni zamanda, qanun layihəsində dini mərasimlər zamanı müxtəlif tamaşaların göstərilməsi də qadağan edilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."