!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda avtomobillərin parklanması qaydaları dəyişir

!Reklam – Yazi

Avtomobillərin parklanması ilə bağlı yeniliklər ediləcək. Prezidentin fərmanına əsasən, növbəti 4 ay ərzində ölkədəki bütün parklanma yerləri qeydə alınacaq, həmin yerlərdən istifadə üçün ödənişin məbləği dəqiq müəyyənləşdiriləcək. Eyni zamanda parkomatların ətrafında yaşayan və avtomobili orada saxlamağa məcbur olan şəxslərə xüsusi talonlar veriləcək.

Parklanma yerlərinə xüsusi foto və video avadanlıqlar vasitəsilə nəzarət ediləcək və ödəniş etməyən sürücü avtomotik qaydada cərimələnəcək. Tapşırığa əsasən, yol polisi tərəfindən iyulun 1-nə kimi bütün avtomobil sahiblərinin mobil telefon nömrələri mərkəzi informasiya sisteminə daxil edilməlidir.

Fərmana əsasən, parklanma yerinin təşkili ilə yerli icra hakimiyyəti orqanı məşğul olmalıdır. (“Xəzər TV”)

Yeniçağ.az

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv