www.sinerjipro.net

SinerjiProWide
Reklam

poor_child_141015Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların dilənciliyə cəlb edilməsi halları barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumatladır. Bunu Trend-ə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

A.Sofiyeva qeyd edib ki, belə halların baş verməməsi məqsədi ilə komitə tərəfindən valideyn məsuliyyətinin artırılması ilə bağlı hazırlanmış təkliflər artıq qanunvericliyə daxil edilib. Qanunvericiliyə əsasən, valideynlik vəzifələrinin yerinə yetirilməməsi nəticəsində uşaq baxımsız qalarsa valideynin məsuliyyəti daha ağır olur.

Azərbaycanda 5 il əvvəl UNİCEF-lə birgə baxımsız uşaqlarla bağlı tədqiqatlar apardığını deyən Komitə sədrinin müavini qeyd edib ki, gələn il növbəti araşdırmanın aparılması planlaşdırılır.

A.Sofiyeva bildirib ki, uşaqlar üçün sosial reabilitasiya mərkəzi və sığınacaq yaradıldıqdan sonra baxımsız uşaqlarla işləmək daha rahat olacaq. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iş aparılır.

Həmin müəssisələrin yaradılmasını çox vacib sayan A.Sofiyeva əlavə edib ki, baxımsız uşaq aşkar edilən kimi onu həmin mərkəzlərə yerləşdirilməsi və reabilitasiyası, həmçinin bu hala səbəb olan problemlərin dərindən öyrənilməsi və aradan qaldırılması mümkün olacaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 31
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."