yenicag.az

Azərbaycanda bayramlarla əlaqədar 5 gün iş olmayacaq

Azərbaycanda bayramlarla əlaqədar 5 gün iş olmayacaq

Müəllif: resul

Editor

yolka_baki31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün qeyri-iş günü olacaq.

Yeniçağ.Az-ın APA-ya istinadən məlumatına görə, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.

Ancaq 2016-cı il 31 dekabr tarixi şənbəyə, 1 yanvar 2017-ci il tarixi bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 3, 4 yanvar qeyri-iş günü olacaq.

Beləliklə, Yeni ildə Azərbaycanda ardıcıl olaraq 5 gün – 31 dekabr, 1, 2, 3, 4 yanvar qeyri-iş günüdür.

Yeniçağ.Az

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti