Azərbaycanda bəzi partiyalar ləğv olunacaq

Azərbaycanda bəzi partiyalar ləğv olunacaq

Müəllif: Redaktor

Editor

milli_mejlisssazer3314Azərbaycanda aktiv siyasi fəaliyyətdən kənarda qalan, seçkilərə qatılmayan partiyaların qeydiyyatı ləğv edilə bilər.

Bu barədə modern.az saytına Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

Deputat bildirib ki, bununla bağlı qanun layihəsi hazırlanır.

“İctimai birliklər və dini qurumlar komitəsində bununla bağlı qanun layihəsi hazırlanır. Çox güman ki, Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Dünyanın bir çox ölkəsində seçkidə iştirak etməyən partiyalar, ümumiyyətlə fəaliyyət göstərməyən partiyaların qeydiyyatı ləğv edilir. Avropa İttifaqına, Avropa Şurasına daxil olan ölkələrdə belə hallar var, mövcuddur”.

Komitə sədri deyib ki, siyasi partiyaların alver predmetinə çevrilməsinə yol vermək olmaz.

“İndi biri partiyanı satır, biri də alır. Və ya siyasi partiyalarda müəyyən hadisələr baş verir. Məsələn, AXCP-ni misal çəkim. Bir tərəf deyir ki, “AXCP mənəm”, o biri də deyir ki, “yox, mənəm”. Eyni şey demək olar ki, Müsavat Partiyasında da baş verir. Belə fikir ayrılıqları və hansı tərəfin qanuni olmasına dair qanunvericilikdə tutarlı təkliflər hazırlanır”.

Siyavuş Novruzov partiya rəhbərliyinə iddialı tərəflərin hansının hüquqi əsaslarının olmasının məhkəmə qaydasında müəyyən ediləcəyini vurğulayıb.

“Problemlər məhkəmə qaydasında həll olunmalıdır. Təbii ki, məhkəmə də qanuna istinad etməlidir. Qanunla bunların, ad məsələlərin müəyyən edilməsi qanunvericiliklə təsdiq edilməlidir”.

Deputat onun da əlavə edib ki, iki il müddətində fəaliyyət göstərməyən partiyaların bağlanması da nəzərdə tutulur.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti