!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bir ailənin həlak olduğu hadisə ilə bağlı dəhşətli fakt - Yenilənib

!Reklam – Yazi

Saatlı rayonunun Sarıcalar kəndi ərazisində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.

Yeniçağ.az Lent.az-a istinadən xəbər verir ki, dünən saat 18:30 radələrində həyat yoldaşı və qızı ilə birgə faciəvi şəkildə ölən 1954-cü il təvəllüdlü Ağayev Güloğlan Abı oğlunun baytar həkimi olduğu məlum olub.

Bildirilir ki, G.Ağayev ailəsi ilə birgə Sabirabadın Qalağayın qəsəbəsində yaşayıb və dünən bacısını görmək üçün Saatlının Sarıcalar kəndinə gəlib. Onlar Qalağayına qayıdarkən G.Ağayevin sürdüyü “VAZ 2106” markalı minik avtomobili dəmir yolu xəttinin üstündə sönüb. 63 yaşlı kişi yaxınlaşmaqda olan teplavoz gələnədək avtomobili işə salıb hərəkət edə biləcəyini düşünüb və maşından düşməyib. Lakin mühərriki işə salmaq mümkün olmayıb və sürətini azalda bilməyən teplavoz ata – 1954-cü il təvəllüdlü Ağayev Güloğlan Abı oğlu, ana – 1955-ci il təvəllüdlü Ağayeva Hökumə Murtuz qızı və qızları – 1998-ci il təvəllüdlü Lamiyə Ağayevanın olduğu avtomobili əzərək bir xeyli sürüyüb. Onlar hadisə yerindəcə vəfat edib.

Sarıcalılar kənd sakinləri bildirib ki, həmin ərazidəki dəmir yolu keçidində son illərədək şlaqbaum olub və post yerləşib. Bir müddət əvvəl orada işləyən 4 dəmiryolçu ixtisara düşərək işdən çıxarılıb və şlaqbaum da ləğv edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

Saatlı rayonunda ağır yol qəzası baş verib.

Yeniçağ.az APA-ya istinadən xəbər verir ki, insident rayonun Sarıcalar kəndində qeydə alınıb.

Teplovozla minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. İlkin məlumata əsasən, ölənlər bir ailənin üzvləridir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin səbəbləri araşdırılır.

Yeniçağ.az

www.yenicag.az

709
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv