Azərbaycanda bu il qış sərt keçəcək

Azərbaycanda bu il qış sərt keçəcək

Müəllif: Redaktor

Editor

sert-qiss“Azərbaycanda bu il qış sərt keçəcək və bu tendensiya növbəti illərdə artmağa doğru davam edəcək”.

Bunu Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib. O qeyd edib ki, 2002-ci ildən başlayaraq ölkədə hava tədricən soyumağa başlayır.

“Bu, o deməkdir ki, artıq 2030-2040-ci illərdə buzlaşma dövrü olacaq. Buzlaşma dövründən qabaq hava tədricən soyuyur. Artıq rayonlarda qar yağıb və Bakıya da yağmağa başlayır. Oktyabr və noyabr aylarında Aran rayonları və Bakıya qar yağması möcüzədir. Belə hadisələrə ən çox 1941-ci ildən 1972-ə qədər rast gəlmişik”.

Müsahibin sözlərinə görə, havanın kəskin soyuması iqlim dəyişikliyindən asılı deyil: “Hər 40-50 ildən bir havalar gah isti, gah da soyuq olur. Bu, buzların əriməsi ilə əlaqədardır və günəşin fəaliyyətindən asılıdır. Son dövrdə günəş qızdırmır, ancaq işıqlandırır. Günəşin üzərində ləkələr minuma enib və demək olar ki, yoxdur. Əgər ləkələr yoxdursa, demək günəş yatıb və ona görə qızdırmır”.

T.Zeynalov vurğulayıb ki, bu il qış mövzumu ötən illə müqayisədə sərt keçəcək. “İnsanlar buna hazır olmalıdırlar. Unutmamalıyıq ki, qış sərt keçəndə yay fəsli çox quraq və isti olur”.

Qeyd edək ki, bu gün paytaxt Bakıya ilk qar yağıb. Anoloji hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti