!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bu reklamlar qadağan edilir

!Reklam – Yazi

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib.

İclasda “Uşaq hüquqları haqqında qanuna” yeni maddənin əlavə edilməsi təklifi müzakirəyə çıxarılıb.

Qanuna nəzərdə tutulan dəyişiklik barəsində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri Aqiyə Naxçıvanlı məlumat verib.

Komitə sədri bildirib ki, sənəd uşaqların sağlamlığının qorunması, pis vərdişlərdən uzaq tutulması və onların təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Təklif edilən yeni maddəyə əsasən (11-1.Reklamda uşaqların müdafiəsi), ölkə üzrə bütün yerlərdə reklamlarda uşaqlara mənəvi və fiziki baxımdan zərərin qarşısını almaq üçün bir sıra qadağalar tətbiq olunur.

Bunlar valideynin (qəyyumların, himayəçilərin, tərbiyəçilərin və digərləri) nüfuzuna xələl gətirən, başqa şəxsə münasibətdə kobudluq, təcavüzkarlıq, nifrət hissi aşılayan, qüvvətləndirici sözlər vasitəsi ilə ailənin maddi vəziyyətindən asılı olmayaraq, əmtəənin əldə edilməsinin mümkünlüyü fikrini yaratmaqla valideynlərin bu əmtəəni almağa vadar edilməsi, həyat və sağlamlığa dair təhlükəli fikirlər, alkoqollu içkilərin istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi (eyni zamanda uşaqlar üçün proqramların alkoqollu içkilərin reklamına görə kəsilməsi) və s. bu kimi məlumatların verilməsidir.

Müzakirələrdən sonra layihə plenar iclasa tövsiyə olunub.

Yeniçağ.az

www.yenicag.az

759
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv