www.sinerjipro.net

SinerjiProWide
Reklam

Yaxın günlərdə Azərbaycanda qəbirüstü abidələrin eyni formada olması ilə bağlı qərar və ya qanun qəbul ediləcək.

Yenicag.az xəbər verir ki, bunu “Xəzər TV”-yə açıqlamasında Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı aidiyyəti qurumların rəyi alınaraq qanun layihəsi hazırlanıb.

Naxçıvan Muxtar Respublikasında qəbirüstü işlərin təsviri ilə bağlı məsələyə baxılaraq müvafiq qərar qəbul olunub. Bununla bağlı Muxtar Respublikanın Nazirlər Kabineti yeni qaydaları təsdiq edib və forma da müəyyənləşib.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, eyni qaydada Azərbaycanda nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı qanun layihəsi hazırlanıb, bütün aidiyyəti strukturlar rəylərini də veriblər.

Siyavuş Novruzov deyir ki, yeni qayda qəbul olunduqdan sonra, bütün qəbirlərin öz nömrəsi olacaq ki, yaxınları onu rahatlıqla tapa bilsinlər. Bununla yanaşı, qaydada qəbiristanlığa qulluq məsələsi də nəzərdə tutulub.
Komitə sədrinin sözlərinə görə, tətbiq edilməsi nəzərdə tutulan bu qaydanın qanun və ya yaxud da ki qərar şəkilində qəbul edilməsi məsələsinə yaxın günlərdə aydınlıq gələcək.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3413
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."