www.sinerjipro.net

SinerjiProWide
Reklam

238517Ölkədə fəaliyyət göstərən bankların təbii ələnməsi prosesi başlayıb. Belə ki, artıq idarəetməsində problemləri olanlar, amansız rəqabət şərtlərinə tab gətirməyənlərin iflasa uğraması prosesi müşahidə olunur. Azərbaycanın bank sektoruna 1994-cü ildən daxil olan və kifayət qədər populyarlıq qazanan “Nikoil” bank ciddi sınaq qarşısındadır və hazırda ağır günlərini yaşayır.

Qaynar.info xəbər verir ki, adıçəkilən bankda baş verənlərlə bağlı Unikal.org-a daxil olan məlumata görə, hazlırda bankda ciddi maliyyə krizi yaşanır. Bu səbəbdən də müştəriləri ilə müntəzəm olaraq problemlər yaşayan bankdan şikayətlər artmaqdadır. Hazırda bankın ciddi pul qıtlığı yaşadığı, daha dəqiq ifadə etsək, kağız üzərində milyonlara sahib olsa da, reallıqda bankın pul çatışmazlığıyla üzləşdiyi bildirilir. Hazırda müştərilərin bir-birinin ardınca bandakı pullarını geri çəkmək üçün müraciət etdiklərini, lakin “Nikoil” bankın həmin məbləğləri ödəməkdə zorlandığı bildirilir. Bu isə öz növbəsində “Nikoil” bankla bağlı digər müştərilərdə də ciddi şübhələr yaradır, bu üzdən isə bankdan pulunu geri çəkmək istəyənlərin sayında kəskin artım müşahidə olunur.

Əldə etdiyimiz məlumatda bildirilir ki, radikal qərarlar qəbul edərək düşdüyü acınacaqlı durumdan çıxmağa cəhd göstərməsə “Nikoil” bankın gələn ilin əvvəllərinə qədər fəaliyyətini dayandıracağı istisna edilmir.

***

“Nikoil” bankı yayılan xəbərlərə münasibət bildirib. Bankın İnkişaf Departamentinin direktoru Rəşad Cümşüdovun imzası ilə göndərilən yazı aşağıdakı kimidir:

“Yazıya cavab olaraq bildirmək istəyirik ki, dünyada iqtisadiyyatında baş verən böhrana baxmayaraq ölkə rəhbəri Cənab İlham Əliyevin Respublikada keçirdiyi düzgün islahatlarla bağlı olaraq ölkə iqtisadiyyatında böhran hiss olunmamış və bu sahə dinamik tempi ilə inkişaf edir. Bunun bariz nümunəsi olaraq qeyd edı bilərik ki, Nikoyl Bank ölkənin bank sektorunda öz stabil inkişafını qoruyub saxlayır və deyilənlərin əksinə olaraq ildən ilə inkişaf strategiyası qurur. Nikoyl Bankın nağd pul vəsaitləri ilə heç bir çatışmamazlığı yoxdur. İlin yekununa hazırlaşmaqla yanaşı Nikoyl Bank növbəti illər üçün strateji inkişaf yolunda öz fəaliyyətini uğurla qurmaqda davam edir. Nikoyl Bank müştəri itkisi ilə deyil əksinə ölkədən və xarici ölkə vətəndaşlarından depozitlər qəbul edir və bütün bank xidmətlərini müştərilərə göstərilməsində heç bir məhdudiyyət müşahidə olunmur. Əlavə olaraq bildiririk ki, sözügedən yazılar ölkədə iqtisadi inkişafı ləkələmək və əhalidə əsassız ajiotajın yaradılması, eləcədə Bankın işgüzar nüfuzuna xələl yetirmək xarakteri daşıyır”.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 44
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."