Azərbaycanda daha bir doğuş faciəsi

Müəllif: Redaktor

Editor

скачанные файлы (2)Bərdədə doğuş zamanı uşaq ölüb.

Yaxınlarının APA-nın Qarabağ müxbirinə verdiyi xəbərə görə, Ağdam rayon Paşabəyli kənd sakini 30 yaşlı Quliyeva Sevinc Əli qızı fevralın 6-da Bərdə Mərkəzi rayon Xəstəxanasına daxil olub. Doğuş çətin olduğundan, ananın həyatını xilas etmək üçün, cərrahiyyə yolu ilə gerçəkləşdirilib. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb.

S. Quliyevanın qaynanası Pəri Quliyeva APA-ya açıqlamasında bildirib ki, onun nəvəsi həkim məsuliyyətsizliyindən tələf olub: “USM-də (ultrasəs müayinə) uşağın çəkisi 3.350 kq göstərilib. Doğuşdan sonra həkimlər uşağın çəkisinin 4.500 kq çox olduğu deyiblər”.

S. Quliyevanın ailəsi Bərdə Doğum evinin həkimlərindən şikayətçi olacaqlarını bildiriblər.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir