Azərbaycanda daha bir dünya çempionatı keçirilə bilər

Müəllif: Redaktor

Editor

124424_res_01Azərbaycan cüdo üzrə dünya çempionatını keçirməyə namizədliyini irəli sürüb.

Bunu tvitter sosial şəbəkəsində Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer açıqlayıb.

2018 və 2019-cu ildə təşkil olunacaq dünya çempionatları üçün artıq 5 şəhər rəsmi təklif göndərib. Vizerin sözlərinə görə, mundiala ev sahibliyi etməkdə Azərbaycan da iddialıdı: “Paris, Tokio, Kazan, Bakı və Qahirə artıq bizə müraciət edib. Həmçinin, Hyustonun da onlara qoşulması istisna deyil”.

Dünya çempionatının paytaxtımızda keçirilib-keçirilməyəcəyinə isə tezliklə aydınlıq gələ bilər. Məhz bu məsələni və ölkəmizdə cüdonun gələcəyini müzakirə etmək üçün Vizerin bu gün Bakıya rəsmi səfəri başlayacaq.

Saat 16:00-da paytaxtımızda olacaq beynəlxalq qurumun rəhbəri Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevlə görüşəcək. Onların cüdonun inkişafı üçün fikir mübadiləsi aparacağı da planlaşdırılır.

Qeyd edək ki, dünya çempionatı Bakıya verilərsə, Azərbaycan tarixində ilk olacaq. Çünki paytaxtımız indiyədək boks, güləş, gimnastika və bir neçə növ üzrə mundiala ev sahibliyi etsə də, cüdoda belə hal yaşanmayıb.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir