www.sinerjipro.net

SinerjiProWide
Reklam

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Reqbi Federasiyasının rəhbəri Eldəgiz Rəfibəyli də artıq qurumdan əlini üzüb. Keçmiş reqbiçi E. Rəfibəyli bu idman növünə peşəkar idmançılar cəlb edə bilmədiyi üçün qərara alıb ki, artıq fəaliyyət göstərməsinlər. Çünki federasiya idmançılara nə maaş verə bilir, nə də geyimləri təmin edir.

Ancaq hələ ki, məsələ rəsmi şəkildə açıqlanmayıb. Buna görə də hazırda Azərbaycanda olimpiya idman növü olan reqbi bir klub daxilində fəaliyyət göstərir; özü də 14-15 yaşa qədər uşaqlar arasında…

Bir müddət öncə sponsor axtarışına çıxan federasiya artıq bu məsələdən də əlini üzüb. Çünki quruma heç kim dayaq olmayıb. Bakıdakı məşhur şirkətlərin bəzilərinə bu barədə müraciət olunsa da onlar reqbini maliyyələşdirməkdən imtina edib. Hər yerdən əlini üzən qurum rəhbərliyi belə bir qərarar qəbul edib.

Qeyd edək ki, Reqbi Federasiyasının rəhbəri Eldəgiz Rəfibəyli Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin əməkdaşıdır. O, işi ilə bağlı ölkə xaricində yaşayır.

Xatırladaq ki, Azərbaycanda rəsmi şəkildə fəaliyyətini dayandırmaq xəbərini gizlədən qurumlardan biri də Otüstü Hokkey Federasiyasıdır. Orada da nə idmançı, nə də məşqçi var. Amma Qurum bu barədə mətbuata bir kəlimə də demir.

Aygün İlqarqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 57
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.