!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda DECOREXSPO 2016 sərgisi keçirilir

!Reklam – Yazi

1461857652_rusca-post28-30 aprel tarixlərində Azərbaycanda Azərbaycanda yerləşən Bakı Ekspo Mərkəzində, növbəti dəfə təşkil olunan DECOREXSPO 2016 Beynəlxalq Mebel, Ev tekstili və Məişət avadanlıqları sərgisi bu gün ziyarətçiləri yenə də mat qoymağı bacardı.

Azərbaycanda  DECOREXSPO 2016 sərgisi hər kəsi növbəti dəfə heyran qoydu...

VOİCEPRESS-in verdiyi xəbərə görə, Beynəlxalq sərgi təşkilatı şirkəti olan “Atılım Fairs” və “Elan Expo” şirkəti ilə olan əməkdaşlığı çərçivəsində DECOREXSPO 2016-nın ən qabaqcıl şirkətlərini RECEXPO’da bir araya gətirərək, yene də bir ilkə imza atmış oldu.

28-30 aprel 2016 cı il tarixləri arasında Azərbaycanın tək sərgi mərkəzi olan Bakı Ekspo Mərkəzində reallaşdırılacaq sərgidə başda Türkiyə olmaqla, Azərbaycan, Gürcüstan, Rusiya, Polşa, Belçika, Fransa, İspaniya, İsveçrə, Böyük Britaniya və Hindistandan olan eksklüziv DECOREXSPO 2016-nın kreasionlarını nümayiş etdirəcəkdir.

Azərbaycanda  DECOREXSPO 2016 sərgisi hər kəsi növbəti dəfə heyran qoydu...

Qafqazda güclü iqtisadiyyat və sabitliyə malik olan Azərbaycan, RecExpo sərgisi vasitəsilə Azərbaycanda DECOREXSPO 2016 beynəlxalq mebel, ev tekstili və məişət avadanlıqları sahəsinə sərmayə yatırmaq istəyən digər şirkətlər üçün olduqca böyük əhəmiyyət kəsb edir. Bu fəaliyyət bir çox ölkənin dekor sahəsindəki məsləhətçilərini, bürokratlarını və sektorla əlaqədar hər kəsi bir yerə toplayacaq o cümlədən, xüsusi fürsətlər təqdim edəcək bir projedir.

10 fərqli ölkədən 100-dən çox layihə DECOREXSPO 2016-da yerlərini tutmağa müvəffəq olmuşdur. Sektorun əhəmiyyətli şirkətlərindən bir neçəsi, o cümlədən Türkiyənin dekor üzrə ən qabaqcıl şirkətlər qrupları sərgidə iştirak etməkdədir.

Nəzərinizə çatdıraq ki, bu proje çərçivəsində onlar öz eksklüziv layihə qiymətləri ilə Azərbaycandan olan sərmayəçilərə sadəcə böyük fürsətlər təqdim etməklə yanaşı, sərgidə xüsusi layihələr və qiymətlər ilə sektorda geniş miqyasda canlanma yaratmağa da, nail olmuşlar.

Azərbaycanda  DECOREXSPO 2016 sərgisi hər kəsi növbəti dəfə heyran qoydu...

Sərgini təşkil edən ELANEXSPO şirkətinin rəhbəri Salim Şahin: “Biz son iki ildə tez-tez Bakıda bu cür sərgilər keçiririk. Ötən ilin dekabr ayında daşınmaz əmlak sərgisi və peyzaj üzrə sərgi keçirmişdik. Bu il isə bu artıq Bakıda ikinci sərgimizdir. Bu sərgidə 10 fərqli dövlətdən 100-dən artıq şirkət təmsil olunur. Hazırda Azərbaycanda da bir sıra iqtisadi sıxıntılar yaşanır. Amma biz inanırıq ki, Azərbaycan bu sıxıntıları asanlıqla dəff edə biləcəkdir. Buna inandığımız üçün də bu cür sərgiləri keçirərək, xaricdəki sərmayəçilərə Azərbaycana yatırım etmələrini tövsiyyə etmiş oluruq. Hesab edirəm ki, bizim tərəfimizdən yaradılan bu şəraitdən istifadə edərək, bir çox ticari əlaqələr və anlaşmalar gerçəkləşəcəkdir. İnsanların bu sərgiyə rahatlıqla qatıla bilmələri üçün Nəriman Nərimanov metro stansiyası yanından ödənişsiz avtobuslarımız fəaliyyət göstərir. Bununla yanaşı sərgidə iştirak edən ziyarətçilər burada ikən, İstambul tətili qazanmaq şansı da əldə etmiş olacaqlar. Bununla yanaşı hər bir firma tərəfindən sürpriz hədiyyələrlə qarşılaşacaqlar. Onlar üçün özəl olaraq, endirimlər olacaq. fürsətdən istifadə edib, hər kəsi sərgimizə dəvət edirik”.

Bir daha nəzərinizə çatdıraq ki, sərgi aprel ayının 30-na kimi ziyarətçilərin üzünə açıq olacaq.

VOİCEPRESS.AZ

www.yenicag.az

819
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv