yenicag.az
yenicag.az

Azərbaycanda dərman qiymətləri ilə bağlı yeni TƏKLİF

Azərbaycanda dərman qiymətləri ilə bağlı yeni TƏKLİF

Müəllif: resul

Editor

drmanTarif (qiymət) Şurası bir neçə adda dərman vasitələrinin qiymət siyahısını yeniləyib və apteklərdə həmin dərmanların qiymətində müəyyən artım müşahidə olunur.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev hesab edir ki, Tarif (qiymət) Şurasının bu qərarı dolların məzənnəsindəki dəyişikliklə əlaqədardır.

Millət vəkili Trend-ə bildirib ki, bu məsələnin həllini tapmaq lazımdır ki, daha çox tələbat olan dərmanların qiymətini sabit saxlamaq mümkün olsun.

Deputat bildirib:

“Təklif edirəm ki, 500 adda daha çox tələbat olan dərman vasitəsinin qiyməti sabit saxlanılsın, digərlərinin qiyməti sərbəst buraxılsın. Yəni, 500 adda dərmanın qiyməti tənzimlənsin və sahibkar 500 dərmanın deyil, digər dərman vasitələrinin satışından gəlir əldə etsin”.

Yenicag.az

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti