Azərbaycanda dollar satışı məhdudlaşdırıldı

Müəllif: Redaktor

Editor

2015-12-04-17-12-20651471857516“Avqustun 19-da və 20-də Azərbaycan bankları ya valyuta satışını tam dayandırıb, yaxud da yalnız 100-500 dollar arasında valyuta dəyişib” .

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Qeyd edilir ki. məsələn, “DəmirBank”ın Nizami küçəsində yerləşən filialı 1 nəfərə yalnız 100 dollar dəyişir. Bankdan agentliyin əməkdaşına bildirilib ki, müştərilərin dollara olan tələbatını ödəməkdə problem yaranıb.

Dollar satışının məhdudlaşdırılması “qara bazar”ı fəaliyyətə keçirib. “Bloomberg” agentliyinin əməkdaşı “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında rəsmi məzənnəsi 1,62 manat olan dolların 1,7 manat kursu ilə satıldığının şahidi olub.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır