!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda əfv olunanların sayı açıqlandı

!Reklam – Yazi

efv1479887921Azərbaycanda son 1 il ərzində əfv olunan şəxslərin sayı açıqlanıb. Bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov məlumat verib.

Nazir “Azərbaycan” qəzetində dərc etdirdyi məqaləsində bildirib ki, son 1 il ərzində ölkədə 358 nəfər əfv olunub:

“Möhtərəm Prezidentimizin ötən bir ildə imzaladığı sərəncamlarla 358 nəfər əfv olunmuş, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika Günü münasibətilə qəbul olunmuş sayca 4-cü amnistiya aktının icrası nəticəsində 11 minə yaxın şəxs müxtəlif, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad edilib”.

Fikrət Məmmədov qeyd edib ki, 6300 məhkum son 1 ildə şərti azadlığa buraxılıb:

“Həmçinin cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı nazirlik tərəfindən geniş maarifləndirmə işi aparılmış, yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq 1.235 məhkum barədə məhkəmələrə təqdimat göndərilmiş, artıq onlardan 860-na baxılmış və hamısı təmin edilib”. Bununla yanaşı, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Ədliyyə Nazirliyi tərəfindən məhkumları vaxtından əvvəl şərti olaraq azad etmə institutunun səmərəli tətbiqi nəticəsində bu günədək həqiqi islah yoluna qədəm qoymuş 6.300-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinmiş və məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97%-i müsbət həll edilib”.

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv