Azərbaycanda gəlində siflis aşkarlandı

Müəllif: Redaktor

Editor

236721İyun ayının 1-dən Göygöl rayonu üzrə nikaha daxil olmaq istəyən 342 nəfərin, yəni 171 cütlüyün qanı yoxlanılıb. Onlardan yalnız 4 nəfərində xəstəlik aşkar edilib.

Nikaha girəcək cütlüklərin qan nümunələri Göygöl Rayon Mərkəzi Xəstəxanasının ümumi laboratoriyasında götürülür. Qan nümunələri götürüldükdən sonra Bakı şəhərinə göndərilir. 10-15 gün ərzində isə həmin qan nümunələrinin cavabları məlum olur.

Qan nümunələri paytaxtda, əsasən, talassemiya, QİÇS və sifilisə görə yoxlanılır. Tibbi müayinənin nəticələri barədə nikaha girən cütlüklərə ayrı-ayrılıqda məlumat verilir.

Həkim-laborant Kamirə Məmmədova 3 cütlüyün təkrar analiz verdiyini bildirib:

“Tematologiya İnstitutundan zəng vurularaq 3 cütlüyün hər birində talassemiya xəstəliyinə şübhə olduğu üçün təkrar qan istənildi. Qan göndərildi, amma müsbət cavab gəlmədi. Bir cütlüyün xanımında sifilis xəstəliyi oldu. Amma onlar evli olduğu üçün nikahları kəsildi”.

İyun ayının 1-dən nikaha girmək üçün müraciət edən cütlüklər haqqına məlumatlar Göygöl Rayon Mərkəzi Xəstəxanasının ümumi laboratoriyasında protokola yazılırdı. Ancaq müraciətlərin sayı çox olduğundan sentyabrın 21-dən məlumatlar kompüterə yazılaraq internet vasitəsilə Bakı şəhərinə göndərilir.

Qeyd edək ki, tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır(kəpəz tv).


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir