!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanda hakimiyyət güclənib, Ermənistanda isə əksinə..." – Rusiyalı politoloq

!Reklam – Yazi

Azərbaycanla Ermənistanın danışıqlar prosesinin gedişində daxili vəziyyətlərini gücləndirdikləri bildirilir.

Yeniçağ.Ru-ya açıqlama verən rusiyalı politoloq Oleq Kuznetsov Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin sabah Moskvada keçiriləcək görüşünün bu ölkələrdə baş tutmuş referendumdan sonra ilk müzakirə olacağını qeyd edib:

“Belə diplomatik tədbirlərin baş tutmasını gözləmək maraqlıdır. Bu görüş həm də ona görə aktualdır ki, Xarici İşlər Nazirləri Azərbaycan və Ermənistanda keçirilmiş Konstitusiya referendumundan sonra ilk dəfə bir araya gələcəklər. Həmin referendumun nəticələrinə əsasən, Azərbaycanda prezident hakimiyyəti gücləndirildi, Ermənistan isə parlament respublikası oldu”.

Ekspertin fikrincə, bu dəyişikliklər sayəsində hər iki ölkənin elitası öz daxili mövqelərini daha da gücləndirib:

“Ermənistanda baş verən bu islahat hakim rejimin dəyişdirilməsi ilə nəticələnmədi – çünki ölkəni hələ də Dağlıq Qarabağ separatçılarının qanunsuz hərbi birləşmələrinin səhra komandirlərindən ibarət xunta idarə edir. Son vaxtlar Rusiya bürokratik məktəbindən çıxmış texnokratların da cəlb edilməsi o rejimə müəyyən dayanıqlıq görüntüsü verib. Bu isə o deməkdir ki, hər iki ölkə danışıqlara öz “arxa cəbhə”lərini möhkəmləndirərək gəlib”.

Kuznetsov hesab edir ki, iki ölkə və xalq arasında mövcud olan ziddiyyətlər, – burada söhbət tək işğal edilmiş ərazilərdən getmir – ideoloji və hərbi-siyasi qarşıdurma olduğu kimi dəyişməz qalıb:

“Tərəflərin mövqeyində heç bir dəyişiklik yoxdur. Dağlıq Qarabağ münaqişəsində bir-birinə qarşı duran tərəflər həndəsi qanunlara uyğun olaraq, hər hansı müstəvi tapa bilmirlər ki, onun üzərində uzlaşmaya apara biləcək xətləri cızsınlar. Tərəflər hazırda yalnız üç deyil, bir, ya da iki ortaq nöqtə olduğunu bildirirlər. Ona görə də danışıqların nəticəsi olmur. Çünki üç ortaq nöqtə olmasa, arzulanan müstəvini qurmaq fiziki baxımdan mümkün deyil. Ümid edirəm ki, Evklid həndəsəsindən gətirdiyim bu nümunə ilə danışıqlardan niyə heç nə gözləmədiyimi aydın şəkildə izah edə bildim”.

Yeniçağ.Az

www.yenicag.az

632
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv