!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda idxal azalıb, ixrac artıb

!Reklam – Yazi

Azərbaycanda ölkəyə xaricdən məhsulların idxalı azalıb, ixrac isə artıb.

Yeniçağ.Az-ın “Trend”-ə istinadən verdiyi məlumatına görə, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2017-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 4119,1 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 2606,3 milyon dollarını və ya 63,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 1512,8 milyon dollarını (36,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib.

Nəticədə 1093,5 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 11 faiz, o cümlədən idxal 27,3 faiz azalıb, ixrac isə 6,2 faiz artıb. Ticarət dövriyyəsinin 37,8 faizi Avropa İttifaqı ölkələrinin, 14,6 faizi MDB üzvü ölkələrinin, 47,6 faizi isə digər ölkələrin payına düşüb.

İdxalın ümumi dəyərinin 23,2 faizi Avropa İttifaqı ölkələrinin, 28,2 faizi MDB üzvü ölkələrinin, 48,6 faizi isə digər ölkələrin payına düşüb.

Yeniçağ.Az

www.yenicag.az

764
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv