Yazı İçi 468×60

dsc_0020_135Diaspor Jurnalistləri Birliyi könüllü olaraq “Orta məktəblərdə diaspor dərsləri” layihəsinin icrasına başlayıb.

Layihənin məqsədi şagirdlərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək, sərhədlərimizin hüdudlarından kənarda da milyonlarla həmvətənimizin yaşaması haqda məlumat verməkdir.

İlk “Diaspor dərsi” Bakıdakı Ə.Ələsgərov adına 244 nömrəli tam orta məktəbdə keçirilib. Öncə məktəbin direktoru Yəhya Abbasov çıxış edərək DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.

DJB sədri Fuad Hüseynzadə bildirib ki, ilk dəfə olaraq Azərbaycanda məktəblilərə bu formada “Diaspor dərsi” keçirilir.

O, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsi üçün möhkəm istinad mənbəyi olduğunu deyib: “İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır. Onlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər”.

Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov Azərbaycan diasporunun inkişaf tarixi, məskunlaşma coğrafiyası haqqında məlumat verib.

Əbülfəz Şeydabəyov qeyd edib ki, Diasporla iş üzrə Dövlət Komitəsi dövlətin siyasətini həyata keçirərək diasporun inkişafı istiqamətində işlər görür: “Hazırda dünyanın əksər ölkələrində azərbaycanlı icmaları üçrəngli bayrağımız altında fəaliyyət göstərir. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir”.

Hollandiya-Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli diaspor təcrübəsindən danışıb. O bildirib ki, diaspor fəaliyyəti həm məsuliyyətli, həm də fəxrli işdir.

Diaspor Jurnalistləri Birliyinin sədr müavini Əli Zülfüqaroğlu Azərbaycan diasporunun erməni diasporuna qarşı mübarizəsindən danışıb.

Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli “Bugünkü gənc, sabahkı diaspordur” mövzusunda çıxış edib.

Xatırladaq ki, layihə çərçivəsində 3 ay müddətinə, Yasamaldakı 13, Səbaildəki 236, Qaradağdakı 106, Nəsimidəki 240, Nərimanovdakı 178, Nizamidəki 32, Xətaidəki 265, Suraxanıdakı 114, Sabunçudakı 94, Xəzərdəki 181, Pirallahıdakı 235 saylı məktəblərin 10-11-ci sinif şagirdlərinə “Diaspor dərsi” keçiriləcək(SalamNews).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 12
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."