Yazı İçi 468×60

70

Sentyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Görüşdə komitə sədri Azərbaycanla İran arasında tarixən mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib.

Dövlət Komitəsinin fəaliyyətindən danışan Mübariz Qurbanlı İslam dininin sülh dini olduğunu, buna baxmayaraq, dini ləkələməyə çalışan bəzi radikal qrupların mövcudluğunu da diqqətə çatdırıb. O bildirib ki, bu cür qruplara qarşı mübarizədə Dövlət Komitəsi QMİ və bir sıra dövlət qurumları ilə əməkdaşlıq edir.

Azərbaycanda dövlət-din münasibətlərinin mükəmməl formada qurulduğunu, məzhəblər arasında heç bir ayrı-seçkiliyin olmadığını deyən Möhsün Pakayin ölkəmizin dünyaya tolerantlıq nümunəsi sərgilədiyini diqqətə çatdırıb. Səfir qeyd edib ki, dövlət başçısının həyata keçirdiyi din siyasəti, dini konfessiyalara yüksək diqqət və qayğı göstərilməsi onda böyük təəssürat yaradıb.

Dövlət Komitəsinin sədri ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusən din sahəsində daha da genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirərək səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. O qeyd edib ki, bundan sonra da Dövlət Komitəsi İran İslam Respublikasının ölkəmizdəki səfirliyi ilə əməkdaşlığı yüksək səviyyədə davam etdirəcək.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 11
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."