!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda istirahət mərkəzində fantastik qiymət – “Qəbələ Xanlar”ın xanlığı…

!Reklam – Yazi

39103Son illər Azərbaycanda turizmin inkişafı bölgələrdə otellərin, istirahət mərkəzlərinin artmasına səbəb olub. Lakin turizmin inkişaf etməsinə baxmayaraq Azərbaycanda qiymətlər həm qonşu ölkələrdən, həm də elə dünyanın bir sıra tanınmış kurort yerlərindən bahalığı ilə seçilir. Xüsusilə də Azərbaycandakı istirahət mərkəzlərində restoranlar “od tutub yanır”.

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, Qəbələdə təbiətin gözəl mənzərəsndə yerləşən, ilk baxışdan zövqü oxşayan bu “Qəbələ Xanlar” restoranı kimi tanınan “istirahət mərkəzi”ndə baş verənlər həqiqətən də istirahətə gedənlərin canını bir müddət “rahatlayır”.

Ölkə başçısının bu restoranda olmasını, buranı bəyənməsini əllərində şüar edərək müştərilərə istədikləri qiyməti deyən restoran rəhbərliyi çəkinmədən istədikləri kimi hərəkət edirlər. Restorana qonaq olan ailə sonda hansı mənzərə ilə rastlaşacağından xəbərsiz dincəlməyə qərar verir. Sifariş verdin vermədin masanın üzərinə gələn qəlyanaltı və içəcəklər ilk baxışdan xoş görsənir. Verdiyin sifariş birə beş hesaba vurularaq London restoranı qiymətinə yazılır bixəbər müştərinin ayağına. Hələ bəzən restoranın mərkəzində bir qədər daha səliqəli və bəzədilmiş yeri göstərərək burada Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov oturur deyə fəxr ilə restoranlarının “tas”ını qldırmağa çalışırlar.

Ən maraqlı məqamlardan biri də odur ki, sifarişini verdin-vermədin sənə “yüklənən” “şotun” 10%-ni əlavə olaraq ofisantın xidmət haqqı adı ilə səndən alırlar. Qeyd edim ki, xidmət göstərən ofisantın bildirdiyinə görə ona bu 10%-dən qəpik-quruş çatır. Bu xidmət haqqı isə nəinki Bakının mərkəzindəki, heç İstanbul restoranlarda belə yoxdur.

Bəs görəsən bu gəliri barəsində müştərilərə heç bir qəbz filan verməyən restoran sahibi dövlətə nə qədər vergi ödəyir? Yəqin ki, gəlirinin 2%-ni? Çox güman ki, bu da elə bir ciddi məbləğ deyil?! Bəs hər bir müştəriyə “oxuduğu” hesabın 10%-ni ofisanta xidmət haqqı kimi tutan restoran görəsən bu ofisantlar ilə əmək müqaviləsi bağlayıbmı? Bu artıq müvafiq qurumların işidir.

Beləcə Qəblələ Xanlar turistlər və milli qonaqlar üzərində öz xanlığını edir.

www.yenicag.az

5467
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv