www.sinerjipro.net

SinerjiProWide
Reklam

“PDF, sosial şəbəkələr və sair texnoloji yeniliklər kitabı sıradan çıxara bilmədi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasını dəyərləndirən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi İrfan Çiftçi deyib:

Onun fikrincə, növbəti analoji sərginin daha geniş ərazidə təşkil olunmasına ehtiyac var:

“Bu sərgi ilə bağlı təəssüratlarımız çox pozitivdir. Növbəti dəfə təşkil olunan bu sərginin tarixində ilk dəfədir ki, Türkiyə Cümhuriyyətinin Mədəniyyət Nazirliyi olaraq, həm yer, həm də kitab çeşidləri baxımından, ən geniş təmsilçiliyə malik ölkəyik.

Ancaq göründüyü kimi, bu sərgi Azərbaycan üçün, Bakı üçün, elə bizim üçün də çox kiçikdir. Yəni sərgi təşkil olunan bu salonu biz təkbaşına doldura bilərik.

Eyni zamanda, Azərbaycanlı kitabsevərlərin, gənc oxucuların bundan 10 dəfə artıq bir sıxlıqla kitab sərgisini ziyarət edə biləcəklərini düşünürəm.

Bu isə o deməkdir ki, son bir ildə, xüsusilə, “Azərkitab” açıldıqdan sonra Azərbaycanda kitaba bir qayıdış olduğu müşahidə edilir

Yəni PDF, sosial şəbəkələr və sair texnoloji yeniliklər kitabı sıradan çıxara bilmədi. Kitab, həqiqətən, ölmədi. Azərbaycanda kitaba tələbatı ödəmək lazımdır.

Hörmətli Elçin Əfəndiyevlə, hörmətli nazir Əbülfəs Qarayevlə də bu barədə söhbətlərimiz oldu.

Onlara da bildirdim ki, gələn illərdə kitab sərgilərinin təşkili üçün daha geniş, daha böyük salonlara ehtiyac var. Biz Türkiyə olaraq, bu işlərə dəstək verməyə hazırıq. Bu ərazi bəlkə də 20 il əvvəlki Azərbaycan üçün kifayət edərdi, ancaq indi yetərli deyil”.

A. Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1355
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."