www.sinerjipro.net

SinerjiProWide
Reklam

104904_res_01Azərbaycanda Daşınar Əmlak Reyestri və Özəl Kredit Bürosu yaradıla bilər.

Bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib.

Onun sözlərinə görə, Dünya Bankı bu qurumların yaradılması ilə bağlı qanun layihələri üzərində işləyir: “Özəl Kredit Bürosu vasitəsilə insanların kreditdən tutmuş, kommunal xərcləri, hətta cərimələri belə vaxtında ödəyib-ödəmədiyini öyrənmək mümkün olacaq. Daşınar Əmlak Reyestri vasitəsilə hər kəs mənzilində olan qiymətli məişət əşyalarını qeydiyyatdan keçirib, gələcəkdə götürəcəyi kreditin müqabilində onları banka girov qoya biləcək”.

Bəzi MDB ölkələrində artıq bu təcrübədən istifadə olunduğunu qeyd edən ekspert hesab edir ki, sözügedən qurumların yaradılması bank sektorunda ciddi irəliləyişə səbəb olacaq: “Rusiya, Ukrayna və bir sıra qonşu ölkələrdə bundan istifadə olunur. Hər iki qurumun yaradılmasında məqsəd insanların kreditlərə əlçatanlığını daha da asanlaşdırmaqdır. Qanun layihəsi qəbul olunduqdan sonra hər iki qurumun fəaliyyətə başlacağı gözlənilir. Hesab edirəm ki, bu, həm də problemli kreditlərin azalmasına kömək edəcək”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."